ŞƏRTLƏRİMİZ

2. KİRAYƏYƏ VERƏNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 2.1. Kirayəyə verənin hüquqları: 2.1.1. Kirayəçidən Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini tələb etmək; 2.1.2. Nəqliyyat vasitəsinin Kirayəçi tərəfindən geriyə təhvil verilməsi Kirayəyə verənin razılığı olmadan Müqavilənin 1.5-ci bəndindəki müddətdən etibarən dörd saatdan artıq müddətə gecikərsə, Nəqliyyat vasitəsinin oğurluğu ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq lazımi tədbirlərin görülməsi üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək.
2.2. Kirayəyə verən Nəqliyyat vasitəsini Kirayəçiyə 2.2.1. 3.1-ci bənddə göstərilən müddətə uyğun olaraq həmin vaxtda,
2.2.2. Nəqliyyat vasitəsini ağlabatan şəraitdə təhlükəsiz şəkildə idarə etmək üçün yararlı, texniki cəhətdən saz vəziyyətdə, 2.2.3. Nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan sənədləri ilə birlikdə
təhvil verməlidir. 2.3. Nəqliyyat vasitəsində onun istifadəsinə və ya yararlılıq vəziyyətinə pis təsir edə biləcək hər hansı bir nasazlıq varsa, Kirayəyə verən bu nasazlıq barədə Kirayəçini təhvil-təslim vaxtı və ya bu barədə xəbər tutduğu vaxtda xəbərdar etməlidir.

3. KİRAYƏÇİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 3.1. Kirayəçinin hüquqları: 3.1.1. Kirayəyə verəndən Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini tələb etmək; 3.1.2. Kirayə haqqını nəğd, bank kartı və ya bank köçürməsi ilə ödəmək; Əgər nasazlıq nəticəsində Nəqliyyat vasitəsi Müqavilənin qüvvədə olduğu müddətdə istifadəyə yararsız vəziyyətə düşərsə və onun nasazlığı barədə Kirayəçi xəbərdar edilməmişdirsə və ya onun bu nasazlıq barədə xəbəri olmamışdırsa, Nəqliyyat vasitəsinin yararlılığının itdiyi müddət üçün Kirayəçi kirayə haqqını ödəməkdən azad edilir. Yararlılığın əhəmiyyətsiz dərəcədə azalması nəzərə alınmır. (MM maddə 677.1.1) 3.2. Kirayəçi 3.2.1. Nəqliyyat vasitəsini təyinatına uyğun, yol hərəkəti qaydalarına tam riayət etməklə, vicdanla, səliqəli, istifadə etməlidir; 3.2.2. Müqavilənin 1.6-cı bəndinə uyğun olaraq franşiza verməlidir; 3.2.3. Nəqliyyat vasitəsindən istifadəyə görə 1.4-cü bənddə müəyyən edilmiş məbləğdə kirayə haqqını 1.5-ci bənddə göstərilən müddətdən gec olmayaraq Kirayəyə verənə ödəməlidir; 3.2.4. Nəqliyyat vasitəsini 1.5-ci bənddə göstərilmiş müddətdən gec olmayaraq Kirayəyə verənə təhvil verməlidir; 3.2.5. Nəqliyyat vasitəsini Kirayəyə verənin razılığı olmadan üçüncü şəxsin istifadəsinə və ya ikinci əldən kirayəyə verməməlidir (MM maddə 683.1);

Kirayəyə verən ________________________________________ Kirayəçi_________________________________________________

3.2.6. Nəqliyyat vasitəsini Kirayə verənin razılığı olmadan Azərbaycan Republikasının hüdudlarından kənara çıxarmamalıdır; 3.2.7. Müqavilənin qüvvədə olduğu müddət ərzində Nəqliyyat vasitəsi tərəfindən törədilmiş hər hansı yol hərəkəti qaydası pozuntusu ilə əlaqədar Müqavilənin qüvvədə olduğu müddət ərzində və ya bu müddətdən sonra tətbiq olunmuş cəriməni ödəməlidir; 3.2.8. Müqavilənin 4.2.4 və 5.4-cü bəndlərinə əsasən kirayə haqqının uzadılmış hissəsini ödəməlidir; 3.2.9. Hər növ qəza vəziyyətində Nəqliyyat vasitəsinin yerini dəyişmədən müvafiq sığorta şirkətinə xəbər verməli və ən yaxın Yol Polis İdarəsinə müraciət edərək qəzanın təsdiqini və ya alkoqol test arayışını almalıdır; 3.2.10. Müqavilənin qüvvədə olduğu müddət ərzində Nəqliyyat vasitəsində aşkar etdiyi hər hansı bir nasazlıqla əlaqədar Kirayəyə verəni dərhal xəbərdar etməlidir. 3.3. Kirayəçinin Nəqliyyat vasitəsindən aşağıdakı məqsədlərlə, hallarda və ya vəziyyətdə istifadə etməsi qadağandır: 3.3.1. qanunla qadağan olunmuş və ya təhlükəli mallar və ya əşyalar daşımaq; 3.3.2. birbaşa gəlir əldə etmək məqsədilə sərnişin və ya əşya daşımaq; 3.3.3. üçüncü şəxsə sürücülük dərsi keçmək; 3.3.4. digət nəqliyyat vasitəsini hərəkətə gətirmək və ya dartmaq; 3.3.5. avtomobil yarışlarında yarışmaq; 3.3.6. nəqliyyat vasitələri üçün nəzərdə tutulmayan və ya bunun üçün yararsız yollarda; 3.3.7. spirtli içki, narkotik vasitələr, uyuşdurucu təsirli dərman preparatlarının təsiri altında.
4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 4.1. Kirayəyə verən Nəqliyyat vasitəsinin Kirayəçinin səhvindən irəli gəlməyən mühərrik, transmissiya (arxa-qabaq körpü ötürmələr qutusu), akkumulyator və ya şinlərində olan nasazlıqlara görə cavabdehdir. 4.2. Kirayəçi 4.2.1. Nəqliyyat vasitəsinin istismarı, qulluq və təmizləmə xərclərini özü çəkir (MM maddə 680.1.1); 4.2.2. Nəqliyyat vasitəsinin Müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsinə görə məsuliyyət daşıyır (MM maddə 682); 4.2.3. Nəqliyyat vasitəsinin dövlət nömrə nişanının, qeydiyyat sənədlərinin, sığorta kağızının, notariat sənədlərinin və ya açarının itməsinə görə məsuliyyət daşııyır;
4.2.4. Nəqliyyat vasitəsini 1.5-ci bənddə nəzərdə tutulmuş müddətin sonunda Kirayəyə verənə təhvil verməzsə, gecikdirilmiş hər 4.2.4.1. bir saata görə 1.4-cü bənddə müəyyən olunmuş bir günlük kirayə haqqının 20%, 4.2.4.2. iki saata görə 40%, 4.2.4.3. üç saata görə 60%, 4.2.4.4. bir günə görə isə bir günlük kirayə haqqının tam dəyəri məbləğində cərimə ödəyir; 4.2.5. Nəqliyyat vasitəsini Kirayə verənin buna razılığı olub-omamamasından asılı olmayaraq üçüncü şəxsə istifadəyə və ya ikinci əldən kirayəyə verərsə, və ya Nəqliyyat vasitəsi Kirayəçinin iradəsinə zidd olaraq və ya Kirayəçinin iradəsindən asılı olmayaraq üçüncü şəxsin əlinə keçərsə, Kirayəçi dəymiş ziyana görə məsuliyyət daşıyır; 4.2.6. Nəqliyyat vasitəsinin 4.1-ci bənddə göstərilmiş nasazlıqlardan başqa texniki xidmət və servislərinə görə Kirayəçi cavabdehdir.
4.2.7. hər hansı bir qəza hadisəsi nəticəsində və ya Kirayəçinin təqsiri nəticəsində Nəqliyyat vasitəsinin ön, yan, arxa şüşələrinə, ön işıq verən faralarına, arxa stop siqnallarına və ya şinlərinə dəymiş zədəyə görə məsuliyyət daşıyır. 4.2.8. 3.2 və ya 3.3-cü bəndlərdə nəzərdə tutulmuş hər hansı bir vəzifəsini yerinə yetirməzsə, dəymiş ziyana görə məsuliyyət daşıyır.
4.2.9. Nəqliyyatdan istifadəsinə görə ona tətbiq edilə hər hansı cəriməyə görə, bu cərimə nəqliyyat vasitəsinin geriyə təhvil verilməsindən sonra da aşkar olunsa da, onlara görə məsuliyyət daşıyır. 4.2.10. ölərsə, Müqavilə üzrə hüquq münasibətləri onun vərəsələrilə davam etdirilir. 4.3. Tərəflər onlardan asılı olmayan təbii fəlakətlər və ya fövqəladə vəziyyətlərdən irəli gələn səbəblərdən öz vəzifə və ya öhdəliklərini yerinə yetirmək iqtidarında deyillərsə, bu vəzifə və öhdəlikləri həmin təbii fəlakət və ya fövqəladə vəziyyət aradan qalxandan sonra yerinə yetirməlidirlər.
5. YEKUN MÜDDƏALAR
5.1. Kirayəçinin Müqavilənin bağlandığı anda 23 yaşı, bir illik sürücülük təcrübəsi və ən azı bir il qüvvəsi olan müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Kirayəçi razılaşır ki, nəqliyyat vasitəsini idarə etmək üçün tam fiziki və hüquqi göstəricilərə və tələbatlara malikdir.
5.2. Müqavilə üzrə hüquq münasibətlərinə Müqavilənin 1.5-ci bəndində müəyyən olunmuş müddəti bitdikdə, Müqavilə üzrə tərəflərin hər hansı öhdəliyi qaldığı təqdirdə isə, həmin öhdəlik təmin olunduqda xitam verilir. 5.3. Müqavilənin qüvvədə olduğu müddət, bu müddət ərzində Nəqliyyat vasitəsi tərəfindən törədilmiş hər hansı yol hərəkəti qaydası pozuntusu ilə əlaqədar Nəqliyyat vasitəsinin müvafiq dövlət orqanı tərəfindən cərimə meydançasında saxlanıldığı müddət qədər uzadılır.
5.4. Kirayəçi Nəqliyyat vasitəsini hər hansı fərdi səbəbə görə istifadə edə bilmədiyinə görə kirayə haqqını ödəməkdən azad edilmir. (MM maddə 684.2) 5.5. Kirayəçi Müqavilə müddətinin Müqavilənin 1.5-ci bəndində müəyyən olunmuş müddətdən sonrakı gecikdirilməklə uzadılmış hər bir gününə görə Müqavilənin 1.4-cü bəndinə müvafiq kirayə haqqı ödəyir.
5.6. Müqaviləyə tərəflərin razılığı ilə əlavə və ya dəyişikliklər edilə bilər. 5.7. Müqavilənin vaxtından ən azı iki saat əvvələ qədər xitamı yalnız tərəflərin qarşılıqlı razılığı ilə verilə bilər.
5.8. Müqavilənin hər hansı bir müddəası etibarsız hesab olunarsa, Müqavilə digər müddəalar daxil olmaqla öz hüquqi qüvvəsini saxlayır.
5.9. Tərəflər arasındakı bütün narazılıqlar bir qayda olaraq danışıqlar yolu ilə həll olunur. 5.10. Tərəflər arasındakı mübahisələr danışıqlar yolu ilə həll oluna bilmədikdə məhkəməyə müraciət oluna bilər. 5.11. Müqavilədə nəzərdə tutulmayan bütün məsələlər Azərbaycan Republikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 5.12. Kirayəçinin şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surəti Müqaviləyə əlavə olunur. 5.13. Müqavilə 7 maddədən, 2 səhifədən ibarətdir.
5.14. Müqavilə eyni qüvvəyə malik iki nüsxədə tərtib olunaraq müvafiq olaraq tərəflərin hər birinə verilir.